16 Dekabr / 4:45 PM

Hədis Alternate Text

Namaz

Rəsuli-Əkrəm (s) buyurub: “Bəndə namaza qılan zaman şeytan gəlib: “filan şeyi, filan şəxsi fikirləş” - deyir ki, insan neçə rükət namaz qıldığını bilməsin”.

Allahın Peyğəmbəri (s) buyurub: «Hər şeyin siması var, sizin dininizin də siması namazdır».

İmam Əli (ə) buyurub: «Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis, paxıllıqla ona baxar».

İmam Sadiq (ə) buyurub: «Kim iki rəkət namaz qılsa və onun əsnasında nə dediklərini bilsə, namazı qurtaran kimi, Allahla onun arasında heç bir günah qalmaz».

Oruc

İmam Sadiq (ə): «Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»

Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.»

İmam Sadiq(ə): «Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir.»

Rəhmət