Rəhman və Rəhim Allahın adı ilə Heydər Əliyev adına Bakı havalimanında Xanım fatimeyi Zəhra adına məscidin tikilişi üçün 1995-ci ildə sənədləşmə işlərinə başlanılıb. Əvvəl Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Hava yolları Dövlət konserni və bütün icazəsi lazım olan Dövlət qurumlarının icazələri alındıqdan sonra bütün sənədlər Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyətinə göndərilmiş və Bakı şəhəri icra hakimiyyətinin başçısı tərəfindən möhürlənmiş və imzalanmış 29.12.1995-ci il tarixli 1739 nömrəli qərarı ilə məscidin tikilməsinə Sərəncam verilmişdir. Babayev Nadir Ağaəli oğlu tərəfindən 1996-cı ildən Məscidin inşasına başlanmışdır. Məscidin tikintisi uğurlar getmiş və gözəl sona çatdırılmışdır.
31 yanvar 1997-ci ildə 3032680 idenfikasiya kodu ilə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin qeydiyyatdından keçmiş və "Fatimeyi-Zəhra" müsəlman icması şəhadətnaməsini almışdır. Hava limanında tikilən Xanım Fatimeyi Zəhra məscidi 1997-ci ildən Azərbaycan vətəndaşlarının və Azərbaycana gələn qonaqların ibadət etmələri üçün onların xidmətinə verilmişdir. Məscidin tikilişində hərbir köməyi olanlara minnətdarlığımı bildirirəm. Allahdan onlara uğurlar nəsib etməsini diləyirəm.
Hörmətlə Nadir Babayev Ağaəli oğlu